İqtisadiyyata kredit qoyuluşunun artımı 15 faizdən yuxarıdır

post-img

2023-ci il avqust ayının 1-dək Azərbaycan iqtisadiyyatına 21 milyard 372 milyon manat kredit qoyulub. Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bankın məlumatına görə, bu, cari ilin iyul ayının 1-nə olan göstərici ilə müqayisədə 0,4 faiz çoxdur.

Bütövlükdə isə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatına kredit qoyuluşları 15,6 faiz və ya 3 milyard 52 milyon manat artıb. Xatırladaq ki, 2022-ci ilin avqust ayının 1-nə kredit qoyuluşlarının həcmi 18 milyard 487,4 milyon manat olub.

“Xalq qəzeti”

İqtisadiyyat