Cari ilin iki ayında 18,6 milyon dollarlıq neft koksu ixrac edilib

post-img

Bu ilin yanvar-fevral aylarında ölkədən 18,6 milyon ABŞ dolları dəyərində 45,8 min tondan çox neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsindən XQ-yə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə, həcmi isə 1,6 dəfə artıb.

Cari ilin ilk iki ayında neft koksunun ümumi ixracda xüsusi çəkisi 0,51 faizə bərabər olub.

İqtisadiyyat