Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşüb

post-img

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistana səfəri çərçivəsində bu ölkənin təhsil nazirinin müavinləri ilə görüşüb.

Nazirlikdən XQ-yə verilən məlumata görə, görüş çərçivəsində hər iki ölkədə son zamanlar təhsil sahəsində aparılan islahatlar haqqında fikir mübadiləsi aparılıb, nəticələr, problemlər, onların həlli yolları ilə bağlı təkliflər, eləcə də təhsil sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir müavini iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, görüş zamanı müasir texnologiyaların, eləcə də süni intellektin təhsildə tətbiqinin gücləndirilməsinə dair müzakirələrə xüsusi önəm verib.

Təhsil