Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinə dair strateji əməkdaşlıq haqqında Memorandum imzalanıb

post-img

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “KazMunayQaz Milli Şirkət” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinə dair strateji əməkdaşlıq haqqında Memorandum imzalanıb.

AZƏRTAC Nazirlər Kabinetinə istinadən xəbər verir ki, sənəd Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Alixan Smailovun Bakı görüşünün yekunlarına görə imzalanıb.

Tərəflər neft-qaz sahəsində əməkdaşlığın müsbət inkişafını vurğulayaraq, bu ilin əvvəlində Qazaxıstan neftinin Azərbaycan ərazisindən üçüncü ölkələrin bazarlarına tranzitinin başladığını məmnuniyyətlə qeyd ediblər.

Xatırladaq ki, bundan əvvəl “KazMunayQaz” SC və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Tengiz yatağından Bakı-Tbilisi-Ceyhan ilə ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanmışdı.

İqtisadiyyat