“Baktelekom”: Bir sıra əcnəbi telekanalların xarici yayım siqnallarının ötürmə xətlərində problem müşahidə olunur

post-img

“Bakı Telefon Rabitəsi” MMC (“Baktelekom”) “Tvin TV” abunəçilərinə dair açıqlama yayımlayıb.

 “Baktelekom”a istinadla xəbər verilir ki, son günlərdə bir sıra Rusiya və digər əcnəbi telekanalların xarici yayım siqnallarının ötürmə xətlərində problemlər müşahidə olunur.

“Bu problemlər “Aztelekom” və “Bakı Telefon Rabitəsi” şirkətlərindən qaynaqlanmır. Nasazlığın ən qısa vaxtda aradan qaldırılması üçün şirkətimiz və xarici tərəfdaşlarımız tərəfindən lazımi tədbirlər görülür”, - deyə açıqlamada bildirilir.

İqtisadiyyat