Bərdə – Ağdam yolu Qarabağın baş qapısıdır

post-img

Bərdə–Ağdam dəmir yolu xəttinin və Bərdə–Ağdam avtomobil yolunun tikintisi layihələrinin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Dəmir yolu xətti uzunluğu 104 kilometr olan Yevlax – Xankəndi dəmir yolunun bir hissəsidir. 

Bu yol 1991-ci ildə Xankən­dinin, 1993-cü ildə isə Ağdamın işğal edilməsi ilə fəaliyyətini dayandırıb. Düşmən üzərində qazanılan qələbə ilə uzunluğu 47,3 kilometrdir (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uza­nan hissəsi yenidən tikilir. Xət­tin 32,8 kilometrlik hissəsində relslər quraşdırılıb. Həmçinin torpaq işləri, mühəndis qurğula­rının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlə­rin quraşdırılması başa çatdırı­lıb. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiya­ları fəaliyyət göstərəcək. Dörd stansiyalı dəmir yolu bir xətli olacaq və qatarlar saatda 80 ki­lometr sürətlə hərəkət edəcək. Dəmir yolu xəttinin layihələndi­rilməsi işləri isə 90 faiz yerinə yetirilib. 

İkinci layihə isə Bərdə – Ağ­dam avtomobil yolunun tikin­tisidir. Bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir. Yolun ti­kintisi zamanı ilk dəfə Azərbay­canda vahid layihə çərçivəsin­də daxili yol kommunikasiya şəbəkəsini tikintisi həyata keçi­rilir. Yol çəkilən zaman kommu­nikasiya xətləri də eyni vaxtda çəkilir. Bütün kommunikasiya xətləri yeraltı və səkilərin altın­dan keçəcək və bu vaxt yollarda kanalizasiya quyuları olmaya­caq. Bu yol Ağdam rayonunda onlarla yaşayış məntəqəsini bir-birinə bağlayacaq və Ağda­mın şəhərdaxili yol şəbəkəsi ilə birləşəcək. 

Hər iki layihənin həyata ke­çirilməısi ilə yanaşı, Ağdam şəhər dəmir yolu və avtovağzal kompleksinin tikintisi də nəzər­də tutulur. Artlq dəmir yolu vağ­zalının təməli qoyulub. Bu inf­rastruktur istifadəyə verildikdən sonra gündəlik min sərnişinə xidmət edəcək. Avtovağzalda isə ilkin mərhələdə şəhərləra­rası (rayonlararası) müntəzəm avtobus marşrutlarının sayının 10 olması planlaşdırılır və 1500 nəfərədək sərnişinin qəbul edil­məsi nəzərdə tutulur.

Bərdə–Ağdam dəmir yolu xətti vasitəsilə Ağdam və digər rayonlarda geniş tikinti-bər­pa və abadlıq-quruculuq işləri görüləcək, dayanıqlı sosial-iq­tisadi inkişaf təmin ediləcək. Bu imkan verəcək ki, işğaldan azad olan rayonlarımızda yerli və xarici sərmayələrin cəlb edil­məsi mümkün olsun. Bu, həm də müasir texnologiyaların cəlb edilməsi kimi vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Yeni avtomobil yolu və də­mir yol xəttinin tikintisi nəqliy­yat xidmətlərini daha da yax­şılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, yük və sərnişin daşı­malarında əsas rol oynayacaq, yük həcminin çoxalmasına və gəlirlərin artmasına şərait yara­dacaq. Nəhayət, Ağdam əhali­sinin işsizlik kimi bir problemlə üzləşməsinin qarşısını alacaq.Yolboyu yaşayış məntəqələri­nin sosial-iqtisadi inkiçafına da böyük töhfə verəcək.

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri



İqtisadiyyat