Xarici sularda yükdaşımalar artıb

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) son 9 ildə Xəzərdənkənar sularda yük daşınmasını 3 dəfədən çox artırıb. Bu barədə XQ-yə ASCO-dan məlumat verilib.

Bildirilib ki, qurum uzun fasilədən sonra, 2014-cü ilin oktyabr ayında Xəzərdən kənarda fəaliyyətini bərpa edib. Həmin il “Üzeyir Hacıbəyli” və “Natəvan” quru yük gəmilərinin beynəlxalq sularda istismara verilməsi ilə yeni mərhələnin əsası qoyulub. 2015-ci ildə Xəzərdənkənar sularda 183 min 139 ton yük daşınıb.

Sonrakı illərdə isə daşımaların intensivliyi ilə əlaqədar bu göstərici getdikcə artaraq 2024-cü ildə 609 min 742 tona çatıb. Bununla da artım, təqribən, 3,3 dəfə və yaxud 233 faiz təşkil edib. Heç şübhəsiz, bu yüksəliş milli gəmiçiliyin beynəlxalq arenada daha böyük nailiyyətlərə doğru inamla addımladığını göstərir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat