Tikintidə kredit portfeli 1,5 milyard manata çatıb

post-img

2025-ci il sentyabrın 1-nə Azərbaycan banklarının tikinti sahəsi üzrə biznes kredit portfeli 1 milyard 459 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 15,5 milyon manat və ya 1 faiz azalsa da, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 107,3 milyon manat və ya 7,9 faiz artıb. Belə ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərinin məbləği 2025-ci il avqustun 1-nə 1 milyard 475 miyon manat, ötən ilin sentyabrın 1-nə isə 1 milyard 352 milyon manat təşkil edib.

Qeyd edək ki, cari ilin sentyabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 206,7 milyon manat və ya 0,7 faiz artaraq 28 milyard 705 milyon manat olub. Kredit portfelinin 15 milyard 92 milyon manatı (52,6 faiz) biznes kreditləri, 9 milyard 114 milyon manatı (31,7 faiz) istehlak kreditləri, 4 milyard 499 milyon manatı (15,7 faiz) isə ipoteka kreditləri təşkil edib.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat