Oktyabrın 14-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201120034 ISIN kodlu, tədavül müddəti 720 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0201120034 kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 65,4 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 19,9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.3450 (6,4500%) və kəsmə qiyməti 100.2527 (6.5000%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 30 sentyabr 2027-ci ildir.
XQ