İnspeksiya yoxlaması çərçivəsində bölmələrin nümayiş məşqləri keçirilib - VİDEO

post-img

2025-ci ilin hazırlıq planına əsasən, hərbi hissə və bölmələrdə inspeksiya yoxlaması çərçivəsində gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib. 

Real döyüş şəraitinə uyğunlaşdırılmış məşqlərdə hərbi qulluqçular müasir texniki vasitələr və yeni döyüş taktikasından istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil yarımqruplar tərkibində fəaliyyətlər yerinə yetirilib. 

Tapşırıqların icrası zamanı zərbə PUA-sından da məharətlə istifadə edilib.

XQ


Ordu