Qeyri-neft-qaz sektoru 3 ayda 4,9 faiz artıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar–mart aylarında ölkədə 30 milyard 310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artıb. 

ÜDM istehsalının 47,5 faizi sənaye­nin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 2991,2 manata bərabər olub. Xatır­ladaq ki, 2023-cü ilin yanvar–fevral ay­larında ölkədə 19 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ÜDM isteh­sal edilib. 

Bu müsbət göstəricilərin əldə edil­məsi iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qo­runub saxlanılmasının məntiqi nəticə­sidir. Başqa sözlə, belə bir uğur makro­iqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qey­ri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası is­tiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir. 

Yeri gəlmişkən, 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Qeyri-neft sektoru üzrə ÜDM-də 9,1 faiz, qeyri-neft sənayesində 7,1 faiz, kənd təsərrüfatı istehsalında 3,4 faiz artım qeydə alınıb. Əhalinin hər nəfə­rinə düşən ÜDM isə 4,1 faiz artaraq 13,3 min manat olub. 

Cari ilin ilk rübündə ÜDM istehsa­lının 50 faizə yaxın hissəsinin səna­yenin payına düşməsi isə ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsin­də mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin ya­radılması, rəqabətqabiliyyətli və ixrac­yönümlü yeni məhsul istehsalının təş­kili, bu işə investorların cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib. Məhz bunun nəticəsidir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyin­də olan Sumqayıt Kimya Sənaye Par­kında rezidentlərinin sayı 35-ə çatdı­rılıb. Hacıqabul Sənaye Məhəlləsində isə ümumi investisiya həcmi 51 milyon manatdan artıq olan 13 sahibkarlıq su­byekti rezident kimi qeydiyyata alınıb və onlardan 8-i fəaliyyətə başlayıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da bərpa prosesi indiyə­dək sənayeləşmə siyasəti ilə paralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqti­sadi Zonası” sənaye parklarında ümu­milikdə 18 sənaye müəssisəsi qeydiy­yata alınıb. Düşməndən təmizlənən ərazilərdə kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfa­tının yaradılması nəzərdə tutulub.

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı­nın hazırda 3 rezidenti və 1 qeyri-re­zidenti var. İnvestorlar tərəfindən bu zonaya 21 milyon manatdan çox in­vestisiyanın yatırılması, 270-dən artıq iş yerinin yaradılması planlaşdırılıb. Hazırda “Araz Vadisi İqtisadi Zona­sı”nda rezidentlər üçün infrastrukturun qurulması istiqamətində işlər aparılır. Digər sənaye parklarında olduğu kimi, burada da sahibkarlar üçün əlverişli in­vestisiya mühiti formalaşdırılır.

Ağdam Sənaye Parkının yeni qey­diyyata alınmış rezidentlərinin ümumi investisiya həcmi isə 36 milyon mana­ta yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yeri­nin yaradılması planlaşdırılıb. Burada rezidentlik statusu verilən sahibkarlıq subyektlərinin sayı 14-ə çatdırılıb. 

Sonda qeyd edək ki, bu gün iqtisa­di zonalarda ixrac fəaliyyətinə xüsusi diqqət yetirilir. Sumqayıt Kimya Sə­naye Parkının rezidenti olan “SOCAR Karbamid” zavodu tərəfindən istehsal olunan məhsulların “Made in Azerba­ijan” brendi ilə dünyanın 23 ölkəsinə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüs­tan və s.) ixrac edilməsi bunun parlaq nümunəsidir. 

 

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcı­larının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxi­li istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.

Son 20 il ərzində respublikada yüzlərlə müasir sənaye müəssisə­si, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradı­lıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları ge­nişlənib.

Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükə­sizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar mü­nasibətlər var.

Sənaye zonaları və aqroparkla­rın təşəkkülü də belə demək müm­künsə, bax, bu cür əlverişli mühitin məhsuludur. Bu müəssisələrdə sa­hibkarlar üçün stimullaşdırıcı biz­nes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati dəstəklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təmi­nat təklif edilir. 

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, isteh­sal məqsədilə idxal etdikləri texni­kanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsum­larından azad olunurlar. 

Həmin parklarda rezidentlər üçün dövlət vəsaiti hesabına müa­sir və geniş infrastruktur təchizatı “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında gerçəkləşdirilir. Dövlət vəsaiti hesabına yaradılmış müasir infrastruktur sahibkarlara öz vəsaitlərini birbaşa layihəyə inves­tisiya olaraq yönəltmələrinə imkan yaradır.

Sənaye məhəllələrində tam infrastrukturla təmin edilmiş tor­paq sahələri, həm də hazır tiklilər sahibkarlara uzunmüddətli icarəyə verilir.

Dövlət aqroparklarında zəruri infrastrukturla təmin edilmiş torpaq sahələri sahibkarlara uzunmüddətli icarəyə verilir, özəl aqroparklarda isə infrastrukturun təmin edilməsi ilə bağlı tədbirlər görülür.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən hər il bu qurumun müşa­hidə şurasının qərarı ilə müəyyən­ləşdirilən prioritet istiqamətlər üzrə güzəştli kreditlər müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı və s.) vasitəsilə verilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”



İqtisadiyyat