I rübdə Dövlət büdcəsinin gəlirləri və xərcləri

post-img

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin I rübündə dövlət büdcəsinin gəlirləri 7 milyard 908,8 milyon manat proqnoza qarşı 8 milyard 290 milyon manat olub. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz və ya 1280,4 milyon manat çoxdur. 

Büdcənin xərcləri isə 6 milyard 566,9 milyon manat olub, 1 milyard 723,1 milyon manat məbləğində büdcə artıqlığı (pro­fisit) yaranıb. Bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343 milyon manat və ya 24,9 faiz çoxdur.

Məlumatda Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcə­sinin gəlirlərinin 131,9 faiz icra edilməklə 6714,0 milyon manat təşkil etdiyi bildirilir. Bu da əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq 147,1 milyon manat olmaqla döv­lət büdcəsində profisitin qeydə alınması deməkdir.

Hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirləri­nin 26,9 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz bəndi çoxdur. Bu ilin yanvar–mart ayla­rında dövlət büdcəsinin daxilolmalarının 4899,5 milyon manatı və ya 59,1 faizi İq­tisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 1576,0 milyon manatı və ya 19,0 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcə­sinə transfertin, 1545,0 milyon manatı və ya 18,6 faizi Dövlət Gömrük Komitəsinin daxilolmaların, 198,4 milyon manatı və ya 2,4 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxi­lolmaların, 63,2 milyon manatı və ya 0,8 faizi sair daxilolmaların, 7,9 milyon manatı və ya 0,1 faizi İqtisadiyyat Nazirliyi yanın­da Əmlak Məsələləri Dövlət Xidmətinin payına düşür.

Dövlət büdcəsinin gəlirləri təsdiq edil­miş proqnozdan Dövlət Vergi Xidməti üzrə 1131,6 milyon manat və ya 30,0 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə 407,0 mil­yon manat və ya 35,8 faiz çox, Əmlak Məsələləri üzrə Dövlət Xidməti üzrə 3,1 milyon manat və ya 64,6 faiz çox, büd­cə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 74,2 milyon manat və ya 59,7 faiz çox, sair daxilolmalar üzrə 18,3 milyon manat və ya 40,8 faiz çox icra edi­lib.

Dövlət Neft Fondundan dövlət büd­cəsinə proqnozla nəzərdə tutulan 2820,0 milyon manat məbləğində transfertə qarşı 1576,0 milyon manat məbləğində trans­fert daxil olub. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büd­cəsinə daxil olmalarda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan trans­fertdən 1244,0 milyon manat və ya 44,1 faiz az istifadə olunmasına imkan verib.

“Xalq qəzeti”

İqtisadiyyat