Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini Baroness Lloyd ilə görüş keçirib.
XQ xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
Görüşdə Azərbaycan – Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi, xüsusilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edilib.
"Eyni zamanda Böyük Britaniya universitetləri ilə birgə proqramlar, təqaüdlər və rəqəmsal akademiyalar vasitəsilə insan kapitalının inkişafı, eləcə də süni intellekt üzrə data mərkəzlərinə investisiya istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.



