Snapdragon prosessoru “Apple”dən güclü ola bilər

post-img

Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş Snapdragon 8cx Gen 4 prosessorunu hələ təqdim etməyib. Lakin buna baxmayaraq internetdə artıq onun performans testinin nəticələri ortaya çıxıb. Əgər performans testi nəticələri həqiqəti əks etdirərsə, Snapdragon 8cx Gen 4 prosessoru bəzi göstəricilər üzrə “Apple” şirkətinin gələcək M3 prosessorundan daha güclü olacaq. Beləliklə, verilmiş məlumata əsasən Snapdragon 8cx Gen 4 prosessoru Geekbench 5 bençmarkının çox nüvəli testi çərçivəsində 15 min xal toplayıb. 

Məlumatda qeyd edilib ki, “Apple” M3 prosessoru isə eyni test çərçivəsində 11 min xal toplayıb. Bu isə o deməkdir ki, çox nüvəli test çərçivəsində Qualcomm prosessoru “Apple” prosessorundan 33 faiz daha yük­sək nəticə sərgiləyib. İnsayderlərin sözlərinə əsasən, bir nüvəli test çərçivəsində Snapdragon 8cx Gen 4 prosessoru “Apple” M3-dən geridə qalıb. Qualcommun noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorunu nə zaman təqdim edəcəyi bilinmir. 

Z.BAYRAM, “Xalq qəzeti”

İKT