“Apple” “iCloud”u bağlayır

post-img

“Apple” foto və videoları saxlamaq üçün istifadə etdiyi “My Photo Stream” xidmətini bağlayacağını açıqlayıb. Şəbəkədən çıxarılacaq proqram istifadəçilərə 1000 faylı pulsuz saxlamağa imkan verəcək. 

Qeyd edək ki, iyulun 26-dan etibarən bu proqram­dakı fayllar arxivlənəcək və onlar avtomatik olaraq “iC­loud” şəkil qalereyasına yönləndiriləcək. 

Şirkət bildirib ki, “My Photo Stream”də saxlanılan fayllar avqustun 25-dək aktiv olacaq. Şəkillər və vide­olar istifadəçilərin cihazlarından silinməsə də, onların “İCloud” hesabından silinəcək və sinxronizasiya müm­kün olmayacaq. İyulun 26-dan etibarən isə “My Photo Stream”ə yeni fayllar yüklənə bilməyəcək. 

Sonda bildirək ki, “İCloud” hesabı olan hər bir isti­fadəçi 5 GB pulsuz yaddaş əldə edə biləcək. Belə ki, daha yüksək yaddaş sahəsi üçün “Apple”ə abunə ol­malısınız. Bununla da, “Google Foto” və ya “Dropbox” kimi xidmətlərə də baxmaq mümkün olacaq. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Son xəbərlər