Bir gözəl foto ilə müşayiət olunan bu kiçik paylaşım “Facebook”da qarşıma dünən çıxıb. Bu gözəl güllərə baxıb xeyli duyğulandım, səmimi, pozitiv sözləri oxuyub çox məmnun oldum.
“Xalq qəzeti” olaraq biz bütün oxucularımızın ovqatının hər zaman xoş olmasını arzulayırıq. Bu çiçəkləri isə bizdən lütfən hədiyyə kimi qəbul edin!
Bir bağçada daim eyni çiçəklər olsa,
o bağça gözəl olmaz...
Sən, mən, o, biz varıq deyə,
gözəldi bu bağça...
Qopartma fərqli çiçəkləri,
qalsın rəngləriylə, ətirləriylə..
Sabahınız gözəlliyə açılsın.
Gününüz gözəlliklərlə keçsin.
Xalq şairi Rəsul Rza demiş: Qoy dünyamızda güllələr deyil, daim güllər açılsın!
M.HACIXANLI, “Xalq qəzeti”