“Kremasiya zərgərliyi” və ya küldən hazırlanan brilyant...

post-img

Kremasiya, ölən şəxsin qalıqlarının külə çevrilməsi üçün güclü istilikdən istifadə edilən bir prosesdir. Bu proses bir mərhumu saxlayan və təxminən, iki saat ərzində onları güclü istiyə məruz qoyan xüsusi dizayn edilmiş kremasiya kamerasında baş verir. 

Çin, Yaponiya və ya Tayvan kimi Şərqi Asiya ölkələrində ölünün sümükləri ailə tərəfindən toplanır və küllə birlikdə qorunub saxlanılır. 

Bəzi şirkətlər yandırılmış külün qalıqlarını sintetik brilyantlara çevirir. Bu, “kremasiya zərgərliyi” həmçinin dəfn zərgərlikləri və ya xatirə zərgərlikləri kimi də tanınır. 

Onlar yaxınlarının cəsədini karatından asılı olaraq 5-20 min dol­lar arasında dəyişən bir məbləğə brilyanta çevirirlər. Bu proses, təx­minən, 3 ay ərzində baş tutur. Ölünün külü xüsusi hazırlanmış me­dalyonun içərisinə yerləşdirilir. Bu medalyonlar əsasən mavi rəngdə olur. 

Qeyd edək ki, Yaponiyada ölən insanın külündən almaz üzük və ya boyunbağı düzəldən firma da fəaliyyət göstərir. 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat