ABŞ-da mayaklar hərraca çıxarılır

post-img

ABŞ federal hökuməti nəsillər boyu Amerika sahilləri boyunca gözətçi kimi xidmət edən 10 mayakı hərraca çıxarır. Bu mayaklar heç bir ödəniş etmədən maraqlanan şəxslər və təşkilatlara təqdim olunacaq. 

Hərracda artıq dörd mayak satılıb. Onlar arasında 1911-ci ilə aid 50 fut (15, 5 metr) polad qüllələrdən ibarət “Cleveland Harbour West Pierhead Light” adlı mayak da var. Digər ma­yaklardan ikisi Massaçusets ştatında Kiçik Mark adasında, o biri isə Pensilvaniyada yerləşir. 

Qeyd edək ki, ABŞ fede­ral hökuməti 2000-ci ildə Milli Tarixi Mayakların Qorunması Aktını qəbul edib. Mayakların mülkiyyət hüququ ümumi satış nümayəndəliklərinə məxsus şirkətlərə təhvil verilib. Nəticə­də, təxminən, 150 mayakın yeri dəyişdirilib, hərraca çıxarılan 70 mayakdan isə 10 milyon dollar­dan çox gəlir əldə edilib. 

F.SALMANOVA, “Xalq qəzeti”

Son xəbərlər