Düzgün içməyəndə dərd verir su da

post-img

Su orqanizmin həyati funksiyalarını qorumaq üçün lazımdır, lakin bəzən düzgün içilmədikdə zərər verə bilər. Qastroenteroloqların fikrincə, su olmadan insan orqanizmi düzgün fəaliyyət göstərə bilməz. 

Bu gün su­yun mədə şirəsini azaltması və həz­mə zərər vermə­si ilə bağlı elmi təsdiqlənmiş sü­but yoxdur. Buna görə də, prinsipcə, yemək yeyən za­man su içmək olar. Ancaq iki şərtə əməl edilməlidir: artıq yeməyi çeynəmisiniz və udmusunuz; suyun həcmi yediyinizin üçdə birindən çox deyil. 

Birdəfəyə çox su içməyin. Belə vərdiş mədənin uzanma­sına və sonradan həddindən artıq yeməyə və piylənməyə sə­bəb ola bilər. Əslində, yeməkdən yarım saat sonra su içmək lazımdır. Quru yeməklərlə meyvə şirəsi, şirin çay və ya digər dadlı, qazlı sular içmək olmaz. 

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat