Kosmosdan Yerə elektrik enerjisi

post-img

Kosmosdan Yerə elektrik enerjisinin ötürülməsi bir neçə il əvvəl çoxlarına nağıl kimi görünə bilərdi. Lakin artıq bəzi ölkələr elektrik enerjisinin kosmosdan Yer kürəsindəki istehlakçılara ötürülməsi üzrə müxtəlif layihələr üzərində çalışırlar. 

Yeri gəlmişkən, belə ölkələr arasında ABŞ, Çin və Rusiya var. Yaxın müddətdə isə onlara Avropa Birliyi də qoşulacaq. Yaponiya, öz növ­bəsində uzun məsafəyə elektrik enerjisnin ötü­rülməsi texnologiyalarının nə dərəcədə effektiv şəkildə çalışdıqlarını yoxlamaq üçün 2025-ci ildə müvafiq testlər aparmağı planlaşdırır. 

Qeyd edək ki, reallaşdırılacaq testlər çərçivə­sində mütəxəssislər elektrik enerjisini kosmos­dakı peyklərdən Yer kürəsi səthindəki qəbuledici stansiyalara ötürməyə çalışacaqlar. 

“Xalq qəzeti”

Sosial həyat