Həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub.
Kişi həndbolçular arasında “İdman Akademiyası” 60 xalla Azərbaycan çempionu adına layiq görülüb. “Dinamo” 52 xala ikinci, “Məhsul” 50 xalla üçüncü yeri tutub.
Qadınlar arasında mübarizədə isə “Azəryol” qızıl, “Qarabağ” gümüş, “İdman Akademiyası” isə bürünc medallara layiq görülüb.
Leyla SABİRQIZI, “Xalq qəzeti”