Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyi ilə birlikdə “Baku Open” Beynəlxalq Şahmat Festivalı keçirəcək.
Festival 3 qrupda – A, B və C qrupları üzrə təşkil olunacaq. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Festival çərçivəsində, eyni zamanda, veteranlar arasında Azərbaycan çempionatı baş tutacaq.
“Baku Open” Beynəlxalq Şahmat Festivalının ümumi mükafat fondu 50.000 ABŞ dolları təşkil edir.
Bakı Kristal Zalında təşkil olunacaq yarışın açılış mərasimi aprelin 28-də olacaq. Festivala mayın 6-da yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ

