Kayak və kanoeçilərimiz Portuqaliyada

post-img

Azərbaycanın kayak və kanoeçiləri Dünya çempionatında iştirak etmək üçün Portuqaliyaya yola düşüblər. Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında keçiriləcək mundialda ölkəmizi 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.

Kanoedə Tatyana Smilovenko medal uğrunda mübarizə aparacaq. Kayak üzrə isə Amil Ramazanov və Əlimurad Hacızadə fəxri kürsüyə qalxmağa çalışacaqlar. Qeyd edək ki, yarış bu gün başlayır və iyulun 27-dək davam edəcək.

M.HACIXANLI
XQ

İdman