AFFA Misli Premyer Liqasının XXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Neftçi”– “Sumqayıt” oyununda qonaqların 4, “Araz-Naxçıvan”–“Səbail” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığına görə hər iki klub ayrı-ayrılıqda 700 manat cərimə edilib.
“Şamaxı”–“Turan Tovuz” matçında Şamaxı klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimə olunub.
“Qarabağ” isə “Sabah”la matçda Əsasnamənin tələbləri pozulduğuna görə 500 manat ziyana düşüb.
L.QURBANOVA
XQ