Ekologiya və Təbii Sərvətlər Nazirli Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, martın 1-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Gecə 3-5°, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Bəzi yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21°, gündüz 2-7° şaxta olacaq. Bəzi yollar buz bağlayacaq.
Q.QASIMOV
XQ