Güləş komandamız dünya çempionu olub

post-img

Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə millimiz uğurla çıxış edərək Azərbaycan güləş tarixində yeni səhifə açıb.

Üç qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub. Ardıcıl 2-ci dəfə bu uğura imza atan komandamız titulunu qoruyub. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.

Millimiz bu uğurla Azərbaycan güləşində birdən-birə 2 rekordu yeniləyib. İkinci dəfə dünya çempionluğu kubokunu qazanmaqla böyüklər arasında güləş növləri arasında ilkə imza atan yunan-Roma millimiz, həm də Dünya çempionatında 3 qızıl medal qazanan ilk komanda olub.

Xatırladaq ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub. Onların hər biri komandanın hesabına 25 xal yazdırıb. Çempionatda debüt edən Qurban Qurbanov (82 kq) isə 5-ci yeri tutaraq milliyə 10 xal qazandırıb. 

Leyla QURBANOVA 
XQ

İdman