Avropa çempionatından 3 bürünc medal

post-img

Atıcılarımız Macarıstanın Dyör şəhərində keçirilən Avropa çempionatında daha bir bürünc medala sahib olublar. 

Belə ki, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət kollektiv trio koman­da yarışında üçüncü olub.

Xatırladaq ki, qitə çempionatında bundan əv­vəl Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qa­rayevdən ibarət yığma isə oğlanlar arasında ko­manda yarışında eyni uğura nail olublar. 

Leyla SABİRQIZI
XQ

İdman