Naxçıvan və Zirə idmançıları Milli Gimnastika Arenasında

post-img

İdmançılar 1 həftə burada təlim-məşq keçdilər

Azərbaycan Gimnastika Federasiyası regionlarda və müxtəlif gimnastika bölmələ­rində bu idman növünün inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Paytaxt­da bədii gimnastika üzrə bölgə təmsilçilərinin və müxtəlif klubların gimnastlarının mərhələli şəkildə məşqləri də bu məqsədə xidmət edir. 

Bu dəfə Milli Gimnastika Arenasının məşq zalı Zirə Mədəniyyət Mərkəzi və Naxçıvan Olimpiya İdman Kompleksi bədii gimnastika bölməsinin üzvləri­nin ixtiyarına verilmişdi. 2010–2015-ci il təvəllüdlü gimnastların qatıldığı tə­lim-məşq toplanışında gənc idmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında gürzlər, top, halqa, lentlərlə müxtəlif gimnastika və rəqs hərəkətləri ediblər. 

Naxçıvanda bədii gimnastika məşqçisi Humay Qafarova yetirmələ­rinin artıq ikinci dəfə belə toplanışda iştirak etdiklərini bildirdi: 

– Biz 4 yeni idmançı gətirmişdik. Burada məşq keçməyin nə qədər fay­dalı olduğunu və idmançılara nə verə­cəyini bilirdik. Gözəl atmosfer var idi. Məşqlərin mütəmadi olaraq təşkil olun­ması gimnastların beynəlxalq və yerli yarışlarda uğurlarının artmasına kömək edəcək. Milli federasiyaya dəvət üçün təşəkkür edirik.

“Zirə”nin bədii gimnastika məşq­çisi Nəzirəxanım Fəradova bədii gim­nastika bölmələrinin 2015-ci ildən fəaliyyətə başladığını dedi. O bildirdi ki, gimnastlar artıq bir sıra uğurlara da nail olublar:

– Biz ilk nəticələrə nail olmuşuq, bir neçə qız yığmaya cəlb edilib. Bakı toplanışına 7 gimnastla qatılmışdıq. Məşqlər çox yaxşı getdi. Gimnastları­mız təlimlərdə böyük maraq və həvəs­lə iştirak edirdilər. Ötən il komandamız ölkə birinciliyində və Naxçıvandakı bey­nəlxalq turnirdə uğurla çıxış edərək mü­kafatlar qazanıblar.

N.Fəradova belə gözəl komplek­sdəki məşqlərin qızların xeyrinə ola­cağını da sözlərinə əlavə etdi:

– Onlar yeni kompozisiyalar üzərin­də çalışır, hərəkətləri təkmilləşdirirdilər. Federasiyaya dəvət üçün təşəkkür edi­rik.

Azərbaycan Gimnastika Federasi­yasının təşkil etdiyi bu layihə təkcə Ba­kıdan mütəxəssislərin rayonlara səfər­ləri və master-klasların təşkilini deyil, həm də ölkənin müxtəlif bölgələrindən perspektivli idmançıların paytaxta topla­nışa dəvət olunmasını nəzərdə tuturdu.

Gimnastikanın inkişafı çərçivəsində bölgə gimnastları mütəmadi olaraq Ba­kıda keçirilən təlim-məşq toplanışların­da iştirak edirlər. Ötən ilin noyabr ayın­da Gəncə, Masallı, Lənkəran, Kürdəmir, Şirvan, Abşeron, Ağdaşı təmsil edən bədii gimnastlar Milli Gimnastika Arena­sının qonağı olublar. Bu il Qax Olimpi­ya İdman Kompleksi, Zaqatala Talaçay Kompleksinin gimnastları burada məşq keçiblər. 

Fevral ayında isə Şəmkir, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Sumqa­yıt, Qusar, Xaçmaz, Goranboy, Şa­maxı, Zabrat, Hövsan, Şağan, Zaqa­taladan (“OcaqSport” Klubu) olan gimnastlar Milli Gimnastika Arenasında təlim-məşqlərə cəlb olunacaqlar.

Leyla QURBANOVA
XQ



İdman