Ən güclü boksçular müəyyənləşib

post-img

Gənc boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Boks Mərkəzində təşkil olunan yarışda 59 ko­mandadan 227 boksçu qüvvəsini sınayıb. Yekun nəticədə Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Ömər Aslanlı, Məhəmmədli Aşurəliyev, Məhəm­mədəli Qasımzadə, İbrahim Zeynalov, Hüseyn Ha­cıyev, Ayxan Əliyev, Mircəlal Mirağayev, Hüseyn Hüseynli, Ruslan Qəhrəmanov, Kənan Nəcəfov və İlkin Məmmədli öz çəki dərəcələrində qalib adını qazanıblar. 

“Neftçi” İdman Klubu komanda hesabında (36 xal) birinci pillədə qərarlaşıb. İkinci yeri Z-1 İdman Klubu (27 xal) tutub. Üçüncü nəticəni isə “Təhsil” Respublika İdman Mərkəzi (26 xal) göstərib. 

Birincilikdə Məhəmmədəli Aşurəliyev ən yaxşı boksçu adına layiq görülüb, Asif Məmmədov (Gən­cə) ən yaxşı hakim seçilib.

Leyla SABİRQIZI
XQ

İdman