Əmanətlərin Sığortalanması Fondu “Muğanbank” ASC-nin ləğvedicisi təyin edildi

post-img

ÜÇÜNCÜ BİLDİRİŞ – 

Əmanətlərin Sığortalanması Fondu “Muğanbank” ASC-nin ləğvedicisi təyin edildi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarın­dan az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmə­diyinə, habelə bankın daxili idarəet­mə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu­nun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələ­rinə əsasən “Muğanbank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il ta­rixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edil­məsi barədə məhkəməyə müraciət olunmuşdur.

Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və iflas prose­duruna başlanmışdır.

Bildiririk ki, Bakı Apellyasiya Məh­kəməsinin sözügedən qərarına əsasən, Əmanətlərin Sığortalanması Fondu “Mu­ğanbank” ASC-nin ləğvedicisi təyin edil­mişdir.

Reklam və elan