27 noyabr tarixdən etibarən LPO “Muğanbank” ASC də qorunan əmanətlər üzrə kompensasiyalarin ödənişlərinə başlanılacaqdır

post-img

İKİNCİ BİLDİRİŞ – 

27 noyabr tarixdən etibarən LPO “Muğanbank” ASC də qorunan əmanətlər üzrə kompensasiyalarin ödənişlərinə başlanılacaqdır

Bakı Apellyasiya Məhkəməsinin İn­zibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qə­rarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin "Əmanətlə­rin sığortalanması haqqında" Azərbay­can Respublikasının Qanununa uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilmişdir.

Məlumat üçün bildiririk ki, kom­pensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. "Əmanətlərin sığorata­lanması haqqında" Azərbaycan Res­publikası Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kom­pensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başla­yaraq bir il ərzində qəbul edir. Kom­pensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcəkdir.

Kompensasiyaların ödənilmə­si prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondu­nun saytından əldə edə bilərsiniz. 

www.adif.gov.az

Reklam və elan