Avarçəkmə üzrə gümüş medal

post-img

İtaliyanın Turin şəhərində təşkil olunan ənənəvi “Silver Skiff” beynəlxalq reqatasında akademik avarçəkmə üzrə Azərbaycan idmançısı Diana Dımçenko medal qazanıb. 

Avarçəkənlərin 11 kilometr məsafə qət etdik­ləri 1 mərhələdən ibarət olan reqatada bir nəfərlik akademik avarçəkmə qayığında çıxış edən Diana Dımçenko məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurmaqla finiş xəttinə ikinci çatıb. Bununla da id­mançımız gümüş medala sahib olub.

Qeyd edək ki, 32-ci dəfə təşkil olunan yarışda 30-a yaxın ölkədən müxtəlif yaş kateqoriyaları üzrə 700-dən artıq idmançı iştirak edib. 

Leyla SABİRQIZI
XQ

İdman