AFFA klubları cərimələyib

post-img

“Sabah”, “Turan Tovuz”, “Qəbələ” və “Neftçi” klubları AFFA tərəfindən cərimələnib.

Belə ki, “Sabah”ın futbolçusu Emmanuel Apeh XII turda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları mat­çda ikinci sarı vərəqəni alaraq meydandan qovul­duğu üçün bir oyunluq cəza alıb. Bununla yanaşı, hücumçuya görə klub 500 manat ödəməli olacaq. 

“Turan Tovuz” isə “Səbail”ə 1:2 hesabı ilə uduz­duqları qarşılaşmada beş oyunçusu sarı vərəqə al­dığı üçün 700 manat cərimələnib. Həmin görüşdə bölgə təmsilçisinin fanatları baş hakimi təhqir etdik­lərinə görə, kluba 500 manat cərimə kəsilib.

“Neftçi” və “Qəbələ” isə 700 manat ziyana dü­şüblər. Qəbələdə keçirilən matçda hər iki komanda­nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. 

Leyla SABİRQIZI
XQ

İdman