Gündüz yağmursuz keçəcək, dəyişən külək əsəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən noyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 13-16° , gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələ­cək, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qı­samüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağ­lıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 19-24°, dağlarda gecə 1-6°i, gündüz 8-13° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya