Rostropoviçlərin evində “Şanlı zəfər”

post-img

8 Noyabr – Zəfər Günü münasibətilə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Şanlı zəfər” adlı tədbir keçirilib.

Muzeydən bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Tədbir Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin “Dram və bədii qiraət” dərnəyinin üzvləri, Rəhimə Orucova adına 109 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Şanlı zəfər” kompozisiyasının təqdimatı ilə davam edib.

44 günlük Vətən müharibəsinin şanlı tarixinə nəzər salınıb, günün önəm və anlamına həsr olunmuş vi­deoçarx nümayiş olunub.

Tədbirdə qonaq qismində 150, 189-190 nömrəli məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Ayan NƏCƏF,
tələbə-jurnalist

Sosial həyat