“Gəncə” klubu yeni voleybolçu transfer edib

post-img

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətinə yeni oyunçu cəlb edib.

Klubdan verilən məlumata görə, Gəncə təmsilçisi rusiyalı libero Vitalina Andreyanenkova ilə 1 illik müqavilə imzalayıb.

Voleybolçu ötən mövsümü Rusiyanın “Tulitsa” komandasında keçirib.

Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova və Anna Dmitrievanı heyətinə qatıb. Komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edir.

İdman