Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-pridə iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.
"Xalq qəzeti" Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilkin siyahıda 12 idmançının adı çəkilib.
Bildirilir kişilərdən Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Murad Fətiyev və Aslan Mirzəyev (hər ikisi 90 kq) tatamiyə çıxacaq.
Qadınlardan isə Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (57 kq) və Südabə Ağayeva (70 kq) qüvvəsini sınayacaq.
Qeyd edilir ki, Zaqreb Qran-prisi 18 - 20 avqustda təşkil olunacaq. Daha əvvəl Masters turnirinə qatılacaq Azərbaycan cüdoçuları müəyyənləşib.
"Xalq qəzeti"