“2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı (Azərbaycanın Qarabağ bölgəsi - red.) Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının imzalanmasının əsas şərtlərini, habelə Rusiyada yerləşdirilən sülhməramlı kontingentin bölgədəki mövqeyini kökündən dəyişdi".
"Xalq qəzeti"nin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Biz ən yüksək səviyyədə razılaşmaların həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə, daha sonra sözügedən sənədi imzalamaq üçün Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammitini keçirməyə hazırıq”, - deyə məlumatda bildirilir.