Futbol klublarının yeni dünya reytinqi açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının məlumatına görə, 302 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” komandaları da yer alıblar.
“Qarabağ” ötən ayla müqayisədə 4 pillə geriləyib. Azərbaycan çempionu 138,5 xalla 71-ci sıradadır. Aktivində 67 xal olan “Neftçi” isə 21 pillə irəliləyərək 287-ci yerdə qərarlaşıb.
Reytinqdə lider əvvəlki kimi İspaniyanın “Real Madrid” klubudur (313 xal). İngiltərə “Mançester Siti”si 279 xalla ikinci, Braziliya təmsilçisi “Flamenqo” (278 xal) üçüncü yerdədirlər.
L.AZAD, “Xalq qəzeti”

