Gimnastlarımız 30 medal qazanıblar

post-img

Monteneqronun Budva şəhərində “Montenegro Cup” beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi “Ocaq Sport” Klubunun, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehti­yatları Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbi) və Respublika Kompleks İdman Məktəbinin (RKİM) gim­nastları uğurla təmsil ediblər. Bakı Gimnastika Məktəbi id­mançıları, ümumilikdə, 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. 

Məktəbin yetirmələrindən Nuray Qasımzadə (top), Melisa Həsənli (top), Amina Novruzova (çoxnövçülük, alətsiz, top, gürzlər), Hülya Namazlı (top), Ləman Qədimova (gürzlər), Selin Qasımlı (gürzlər) bütün rəqiblərini üstələyərək qızıl me­dallara layiq görülüblər. Melisa Həsənli (gürzlər, çoxnövçülük), Zəhra Qasımlı (alətsiz, top), Ayan Nəsirova (top, gürzlər) gü­müş, Zəhra Qasımlı (halqa, çoxnövçülük), Mədinə Hüseynova (çoxnövçülük, gürzlər) bürünc medallar qazanıblar.

“Ocaq Sport” klubunun təmsilçilərinin bu yarışda qazancı 8 qızıl, 1 gümüş medal olub.

Fatimə Həsənova (çoxnövçülük, alətsiz, top), Selin Yusifo­va (gürzlər), Gültəkin Vəliyeva (alətsiz), Məryəm Baloğlanova (çoxnövçülük, alətsiz, halqa) qızıl, Məryəm Baloğlanova isə topla hərəkətlərin icrasında gümüş medala sahib olub. 

RKİM gimnastı Nur Sadıqova halqa ilə qızıl, gürzlər ilə bü­rünc medala yiyələnib.

L.AZAD, “Xalq qəzeti”

İdman