İngiltərənin “Liverpul” klubu Roberto Firmino, Nabi Keyta, Ceyms Milner və Aleks Oksleyd-Çemberlendlə yollarını ayıracağını açıqlayıb. Bu barədə klubuun rəsmi saytında məlumat yerləşdirilib. Xəbəri “Anadolu” agentliyi verib.
Bildirilir ki, sözügedən futbolçular növbəti mövsümdən heyətdə yer almayacaqlar.
Qeyd edək ki, bu 4 futbolçu 2019-cu ildə UEFA Çempionlar Liqası, UEFA Superkuboku və FIFA Klublararası Dünya Kuboku qələbələrinə, həmçinin 30 il sonra Yurgen Kloppun rəhbərliyi altında “Liverpul”un 2019-2020-ci illər mövsümündə qazandığı Premyer Liqa çempionluğuna töhfə verib.
Məlumat üçün deyək ki, adıçəkilən futbolçular bu mövsümün son ev oyununda “Aston Villa” klubu ilə Enfild Road stadionunda azarkeşləri salamlayacaqlar.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”