İtaliyanın paytaxtı Romada cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək.
Martın 11-12-də baş tutacaq turnirdə ölkəmizi on iki cüdoçu–Rəşad Yelkiyev, Kənan İsmayılov (hər ikisi 60 kq), İsmayıl İbrahimov, Tofiq Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev, İbrahim Əliyev, Zaməddin Poladov (hər üçü 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli və Aslan Mirzəyev (hər üçü 100 kq) təmsil edəcəklər.
Qeyd edək ki, 37 ölkədən 427 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

