Cümə günü Misli Premyer Liqasında XXVI tur start götürəcək. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, turun ilk qarşılaşması martın 10-da saat 15:00-da “Kəpəz” və “Zirə” komandaları arasında baş tutacaq. Həmin gün saat 19:00-da isə “Sabah” klubu “Sumqayıt”ı qəbul edəcək.
Şənbə günü saat 15:00-da “Turan Tovuz” “Qəbələ”ni sınağa çəkəcək. Həmin gün saat 18:00-da isə “Qarabağ” və “Səbail” komandları qarşılaşacaqlar.
Tura istirahət günü “Şamaxı”-“Neftçi” matçı ilə yekun vurulacaq. Həmin görüş saat 15:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

