AFFA-nın Bakıda keçirilən hesabat konfransında qurumun Lisenziyalaşdırma Komissiyasının yeni tərkibi açıqlanıb. Məlumata görə, komissiyanın tərkibini AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.
Bildirilib ki, Elçin Səmədli komissiyanın sədri, Sərxan İbadov isə onun müavini seçilib. Komissiyada, həmçinin İslam Bayramov, Firdovsi Qasımov, Mahmud Yusifov, Vladimir Fyodorov və İslam Abbasov təmsil olunurlar.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

