Əliyar Ağayevə etimad

post-img

UEFA həmyerlimiz beynəlxalq dərəcəli hakim Əliyar Ağayeve növ­bəti dəfə etimad göstərib. 

Belə ki, UEFA Avropa Konfrans Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunu çərçivəsində sabah Moldova­da keçiriləcək “Şerif” (Moldova) – “Nit­sa” (Fransa) qarşılaşması Əliyar Ağa­yevə həvalə edilib. Qeyd edək ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyası­nı Elçin Məsiyev yerinə yetirəcək.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman