Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanında (Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 848 nömrəli və 2020-ci il 30 yanvar tarixli 917 nömrəli fərmanları) dəyişikliklər təsdiq edilsin.

2. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2023-cü il

Fərmanlar