“XX əsr Cüney Azərbaycan milli demokratik poeziyası” kitabı çapdan çıxıb

post-img

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə “XX əsr Cüney Azərbaycan milli demokratik poeziyası” kitabının birinci cildi nəşr olunub.

İnstitutdan XQ-yə bildirilib ki, dosent Qəndab Haqverdi Əliyevanın hazırladığı bu antologiyada XX əsr Güney Azərbaycan şairlərinin əsərləri yer alıb.

Kitabın məsləhətçisi Sədyar Vəzifə Eloğlu, elmi redaktoru professor Vüqar Əhməd, rəyçiləri professorlar Qəzənfər Paşayev və Məhərrəm Qasımovdur.

Elm