Türkiyə-Azərbaycan Universitetində 2024-2025-ci tədris ili üçün əsasən Azərbaycan vətəndaşlarının təhsil alması nəzərdə tutulur.
Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, növbəti illərdə digər türk dövlətlərindən də tələbələrin qəbulu həyata keçirilə bilər.