Azərbaycan Milli Elmlər Akademiyası “Türk dilinə xidmət mükafatı”na layiq görülüb

post-img

Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Türk Dil Qurumu tərəfindən hər il türkcəyə töhfə verən şəxslər və qurumlar “Türk dilinə xidmət mükafatı” ilə təltif olunurlar. Türk dilinə verdiyi töhfə və xidmətlərə görə Azərbaycan Milli Elmlər Akademiyası Türk Dil Qurumunun qərarı ilə bu mükafata layiq görülüb. Təltifetmə mərasiminin tarixi və yeri ilə bağlı əlavə məlumat veriləcəkdir.

Türk dilinə verdiyiniz töhfələrə görə Sizə minnətdarlığımızı bildirir, təltifetmə mərasimində iştirakınızı arzulayırıq.

Prof. Dr. Osman Mert

Türk Dil Qurumu başqanı

8 noyabr 2023-cü il”

Anar ƏLİ,

XQ

 

Elm