“Brent” markalı neftin bareli 82,75 dollar olub

post-img

Ötən gün 82,84 dollara kimi bahalaşan “Brent” markalı neftin bir bareli 82,84 dollardan 82,52 dollarla düşüb.

XQ xarici mediaya istinadən xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti birjanın bağlanış vaxtı ilə müqayisədə 0,28 faiz artaraq 82,75 dollar olub. Eyni zamanda, xam neftin bir barreli 78,40 dollara satılıb.

Bu il qlobal neft tələbatının keçən ilə nisbətən 2,5 milyon barel artaraq 102,1 milyon barrelə çatacağı gözlənilir.

Müvafiq olaraq, qlobal neft tələbinin gündəlik 2,2 milyon barel artaraq təxminən 104,3 milyon barrelə çatacağı gözlənilir.

Ayşən AZADOVA 

XQ

İqtisadiyyat